Türkiyə hökuməti yeni tərkibdə ilk iclasa toplaşır

10:10 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.

 

Hafta.az “TRT Haber”ə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda yeni dövrün yol xəritəsi müzakirə ediləcək.

 

Yeni dövrdə inflyasiya ilə mübarizəyə üstünlük veriləcəyi gözlənilir.

 

İclasda, həmçinin iqtisadi məsələlərlə yanaşı, terrora qarşı mübarizə və xarici siyasətdəki son vəziyyət də müzakirə olunacaq.

Oxunma sayı 105