Türkiyə iqtisadiyyatı 2023-cü ildə 4,5 faiz böyüyüb

10:42 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə 2023-cü ilin son rübündə iqtisadi artım məlumatları illik olaraq açıqlanan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında ikinci, G20 ölkələri arasında isə üçüncü ölkə olub.

Hafta.az-ın yazdığına görə, Türkiyə 2023-cü ildə illik bazda 4,5 faiz, 2023-cü ilin oktyabr-dekabr dövründə isə əvvəlki ilin eyni rübünə görə yüzdə 4 faiz artıb.

Ötən ilin son rübündə iqtisadi artım məlumatları illik olaraq açıqlanan OECD üzv ölkələri arasında Türkiyə ən sürətlə böyüyən ikinci iqtisadiyyat olaraq qeydə alınıb. Xorvatiya 4,3 faizlə birinci olarkən, Türkiyəni 2,2 faizlə Sloveniya izləyib.

G20 ölkələri arasında Çin 5,2 faizlə ən sürətli böyüyən ölkə olub. Bu ölkəni 5 faizlə İndoneziya izləyib, Türkiyə isə siyahıda üçüncü olub.

Avropa İttifaqı (Aİ) ölkələri üçün rüblük artım proqnozları özünü doğrultsa, Türkiyə bu ölkələr arasında iqtisadiyyatı ən sürətlə böyüyən ölkə olacaq.

Məlumatları açıqlanan bəzi ölkələr üçün illik əsasda 2023-cü ilin dördüncü rübünün artım sürətindəki dəyişikliklər aşağıdakı kimidir:

Çin 5,2 faiz, İndoneziya 5 faiz, Xorvatiya 4,3 faiz, Türkiyə 4 faiz, ABŞ 3,2 faiz, Meksika 2,5 faiz, Sloveniya 2,2 faiz, Belçika 1,5 faiz, Fransa 0,7 faiz, Norveç 0,5 faiz, Kolumbiya 0,3 faiz, İsveç -0,2 faiz, Almaniya -0,2 faiz, Avstriya -1,7 faiz... ​

Oxunma sayı 208