Türkiyədə qiymət artımları Rusiya mediasının gündəmində əsas yeri tutmaqda davam edir. Nəhayət, “İzvestiya” qəzeti Türkiyənin qiymət baxımından tropik ölkələrlə rəqabət apardığını yazıb.
Hafta.az-ın yazdığına görə, xəbərdə bu yay həm Türkiyə, həm də Misirdə iki nəfərin tətil xərcinin 200 min rubla (2470 dollar) yüksəldiyi diqqətə çatdırılır.
Rusiya qəzeti türk otelləri ilə yanaşı, hava yolları şirkətlərinin də qiymətləri 1,5, bəzi hallarda isə 3,5 dəfə artırmasından şikayətlənib. Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) nümayəndələri bildirirlər ki, 4 nəfərlik ailə bu yay Türkiyədə istirahət etmək üçün ən azı 250 min rubl qurban verməlidir. Bu, ötən noyabr-dekabr aylarında Karib dənizinə və ya Şri-Lankaya səyahətin qiymətinə bərabərdir.
Buna baxmayaraq, ATOR rəsmiləri bu yay Türkiyəyə gələn rusiyalı turistlərin sayının keçən illə müqayisədə daha çox olacağını gözləyirlər. Çünki rusiyalı turistlərin əlində alternativ qalmayıb.