Yazını böyüt
Yazını kiçilt
Türkiyə və Rusiya Federasiyası yaxın gələcəkdə ən yüksək səviyyədə taxıl sazişini müzakirə edə bilər, lakin hələlik danışıqlar üçün konkret tarix yoxdur, RİA Novosti-yə sövdələşmə üzrə danışıqlardan xəbərdar mənbə bildirib.
“Liderlər arasında qarşılıqlı etimad əsasında münasibətlər qurulub. Taxıl sövdələşməsi mövzusu, bununla bağlı təkliflər həmişə liderlərin gündəmindədir. Ona görə də ola bilsin ki, liderlər yeni komponentin prosesdə olduğunu nəzərə alaraq yaxın gələcəkdə danışıqlarda bu mövzuya toxunsunlar”, - agentliyin həmsöhbəti bildirib.
Bu danışıqların nə vaxt baş tuta biləcəyi ilə bağlı suala mənbə “tarixlə bağlı onun dəqiq məlumatının olmadığını” deyib.