Türkiyədə 1,3 mindən çox yoluxma halı qeydə alınıb

09:00 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 5 nəfər vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 139 482 nəfər test edilib, 1 310 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 289 nəfər sağalıb.

 
Oxunma sayı 107