Məşhur universitetləri və yüksək ali təhsil sistemi ilə dünyada fəqrlənən qardaş Türkiyə hazırda bütün ölkələrdən minlərlə tələbənin təhsil aldığı məkandır. Bəs bu ölkənin ali məktəblərində ən çox hansı ölkələrdən tələbə təhsil alır?
Hafta.az-ın yazdığına görə, siyahıda ilk pilləni Suriya tutur. Bu ölkədən 58213 tələbə Türkiyə universitetlərində oxuyur. İkinci yerdə Azərbaycan gəlir – 34247 azərbaycanlı tələbə oxumaq üçün məhz qardaş ölkənin universitetlərini seçib. Siyahıda üçüncü pillədə İran qərarlaşıb. İranın dindar sistemindən qaçan 22632 gənc Türkiyədə ali təhsil almaqdadır. Sonrakı yerləri 18250 tələbə ilə Türkmənistan, 16172 tələbə ilə İraq, 10043 tələbə ilə Somali, 9597 tələbə ilə Misir, 9203 tələbə ilə Əfqanıstan, 8864 tələbə ilə Qazaxıstan və 8198 tələbə ilə Yəmən tutur.