Türkiyədə mədən partlayışında ölənlərin sayı 40-a çatıb

13:37 15.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət almış 11 nəfərin müalicəsi Bartın şəhərində və İstanbulda davam edir.

Hadisə zamanı mədəndə olan 100 nəfərdən 58-i xilas edilib.

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.