Türkiyənin bəzi ərazilərində qarlı hava şəraiti davam edəcək

09:49 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə qarlı hava şəraiti davam edir.

Hafta.az-ın məlumatına görə, bu gün İstanbulda güclü qarın yağacağı gözlənilir.

Türkiyə Baş Meteorologiya İdarəsindən bildirilib ki, Marmaris vilayətinin şərqi, İstanbul, Qara dənizin sahilyanı vilayətləri, Şərqi Anadolu regionun şərqi, Cənub-Şərqi Anadolunun Gümüşhane, Bayburt və Artvin ətraflarında intensiv və güclü qar yağacağı gözlənilir.

Qara dənizin bəzi hissələrində və Şərqi Anadoluda qar örtüyünün yüksək ehtimal olduğu ərazilərdə qar uçqunu riski var.