Türkiyədə uşaq əhalisinin ən yüksək və ən aşağı olduğu vilayətlər müəyyən edilib.
Hafta.az-ın TÜRKSTAT-a istinadən yazdığına görə, uşaq əhalinin sayı cənub-şərqi və cənub vilayətlərində yüksək, ölkənin digər ərazilərində isə aşağıdır.
Beləliklə, uşaq əhalinin ən yüksək olduğu vilayətlər bunlardır:
1. Şanlıurfa 44,9 faiz, 2. Şırnak 41,4 faiz, 3. Ağrı 39,3 faiz, 4. Siirt 39,2 faiz, 5. Muş 38,9 faiz, 6. Mardin 38,6 faiz, 7. Batman 38,4 faiz, 8. Van 38 faiz, 9. Diyarbəkir 37,6 faiz, 10. Bitlis 37 faiz.
Uşaq əhalinin ən aşağı olduğu vilayətlər:
2. Tunceli 16,9 faiz, 2. Ədirnə 17,7 faiz, 3. Kırklareli 18,4 faiz, 4. Çanaqqala 18,7 faiz, 5. Karabük 18,9 faiz, 6. Kastamonu 18,9 faiz, 7. Bartın 19 faiz, 8. Artvin 19 faiz, 9. Sinop 19 faiz, 10. Giresun 19,1 faiz.