Türkiyənin yeni hava limanına ilk təyyarə enişi uğurlu olub

17:52 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 25-də istifadəyə veriləcək Türkiyənin yeni Tokat Hava Limanına ilk təyyarə enib.

Hafta.az xəbər verir ki, İstanbuldan Tokat vilayəti istiqamətində hərəkət edən “Türk Hava Yolları”na məxsus TK 2582 saylı təyyarə aeroporta uğurlu eniş edib.

Türkiyədə həyata keçirilən ən böyük layihələrdən biri olan Tokat Hava Limanının ildə iki milyon sərnişinə xidmət edəcəyi gözlənilir. Təxminən 550 milyon türk lirəsi məbləğində sərmayə yatırılan aeroport 16 min 200 kvadratmetr sahədə inşa olunub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 2700, eni isə 45 metrdir.