Üç eks prezident eyni vaxta eyni həbsxanada qalacaq

10:18 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Korrupsiyada təqsirləndirilən Perunun keçmiş prezidenti Alexandro Toledo deportasiya olunmaq üçün ABŞ hüquq-mühafizə orqanlarına təslim olub.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, Toledonun Kaliforniyanın San Xose şəhərində ABŞ Marşal Xidmətinin rəsmilərinə təslim olduğunu bildirilir. Ədliyyə Nazirliyinin nəzdində çalışan qüvvənin rəsmiləri də bunu təsdiqləyərək Toledonun öz istəyi ilə gələrək təslim olduğunu deyiblər.

77 yaşlı siyasətçi 2001-2006-cı illərdə ölkəsini idarə edərkən Braziliyada yerləşən “Odebrecht” tikinti firmasından azı 20 milyon dollar rüşvət almaqda ittiham olunur. Onu, 2017-ci ildə Peru Baş Prokurorluğunun başlatdığı iddianın bir hissəsi olaraq, korrupsiya və çirkli pulların yuyulması ittihamlarına görə ən azı 20 il həbs cəzası istəyir. Toledo Perunun paytaxtı Limadakı Xüsusi Əməliyyatlar Agentliyinin həbsxanasına göndərilə bilər.

Qeyd edək ki, Toledo 2006-cı ildə vəzifəsini tərk edəndən bəri ABŞ-da yaşayır. Peru ABŞ-dan iddianın bir hissəsi olaraq 2018-ci ildə Toledonun tutulmasını və geri qaytarılmasını tələb edib.

2019-cu ildə Kaliforniyada tutulan Toledo 2020-ci ildən ev dustaqlığındadır. Danışıqlar nəticəsində ABŞ bu ilin fevralında Toledonun ekstradisiyasına qərar verildiyini açıqlayıb.

Sabiq rəhbər bu prosesdə deportasiya olunmamaq üçün dəfələrlə məhkəməyə müraciət ünvanlasa da, nəticə əldə edə bilməyib. Toledonun tələbi cümə axşamı ən son apellyasiya məhkəməsində yenidən rədd edilib.

Kimliklərini açıqlamayan mənbələr keçmiş liderin deportasiya prosesinin gələn həftə tamamlana biləcəyini bildiriblər. Toledo ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Toledonun barəsində məhkəmə prosesinin davam etdiyi bir vaxtda Peruda həbs olunmasının gözlənildiyi bildirilir. Bu baş verərsə, Toledo ölkədə həbs edilən üçüncü keçmiş lider olacaq.

1990-2000-ci illərdə ölkəni dəmir yumruqla idarə edən Alberto Fuximori, eləcə də Peru Konqresinə qarşı dövlət çevrilişində ittihamlanan və ötən il vəzifəsindən uzaqlaşdırılan Pedro Kastilyo da Limadakı xüsusi əməliyyat həbsxanasında saxlanılır.

2009-cu ildə insanlığa qarşı cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilmiş 84 yaşlı Fuximorinin vəzifəsindən azad edilməsindən sonra keçirilən seçkilərdə Toledo ölkəni ələ keçirib. O, 2017-ci ildə Perunun keçmiş lideri Pedro Pablo Kuçinskinin əfv fərmanı ilə həbsdən azad edilib. Böyük reaksiya alan qərar 2018-ci ildə Peru Ali Məhkəməsi tərəfindən ləğv olunub. 2019-cu ildə yenidən həbs edilən Fuximori ilə bağlı qərar bu il martın 17-də Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. Hələ də həbsdə olan Fuximorinin nə vaxt azadlığa çıxacağı məlum deyil.

28 iyul 2021-ci il - 7 dekabr 2022-ci ildə vəzifədə olan Pedro Kastillo, hökuməti devirməyə cəhd etdiyi üçün dekabrın 7-də Konqresdə keçirilən səsvermədə vəzifəsindən azad olunub. Bundan sonra Ali Məhkəmə mart ayında 53 yaşlı sabiq lider haqqında 36 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Peruda böyük etirazlara səbəb olan qərardan sonra ölkə rəhbərliyinə gələn Dina Boluarte seçkilərin 2024-cü ilin aprelində keçiriləcəyini açıqlayıb.