“Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir

21:32 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

“Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.