Ucarda 3 yaşlı körpənin üzərinə qaynar su tökülüb 

17:19 05.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucar rayonunda 3 yaşlı körpənin üzərinə qaynar su tökülüb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, 2016-cı il təvəllüdlü Dəniz Roman qızı Məmmədlinin ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.

Nəticədə körpə qız qarının ön divarının termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.