Üçtərəfli İşçi Qrup gələn həftə Moskvada görüşəcək

22:11 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ üzrə üçtərəfli İşçi Qrupuna daxil olan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada bir araya gələcəklər.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.