Ukrayna 25 əsgər cəsədinin qaytarıldığını açıqlayıb

13:24 25.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbi əməliyyatlar zamanı həlak olan 25 əsgərin cəsədini ölkəyə qaytarıb, Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi bildirib.

Həlak olanların cəsədləri Cenevrə Konvensiyasının normalarına uyğun olaraq mübadilə çərçivəsində təhvil verilib.

Rusiya mübadilə barədə məlumat verməyib.

Ölkələr arasında oktyabrın 17-də baş tutan sonuncu əsir mübadiləsi nəticəsində əsir götürülən 108 qadın Ukraynaya, 110 əsgər isə Rusiyaya qayıdıb.

Azad edilən ukraynalı qadınlar arasında hələ bu ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlamazdan əvvəl qondarma “xalq respublikaları”nın nəzarətində olan ərazilərdə əsir götürülən qızlar da var.