Ukrayna Avropanın “boz zonası” olmamalıdır - Litva prezidenti

18:20 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna böhranının sonu Ukraynanın Avropada “boz zona” olaraq qalmasına gətirib çıxarmamalıdır. Bu barədə cümə günü Münhendə keçirilən təhlükəsizlik konfransında Litva prezidenti Qitanas Nauseda bildirib.

"Müharibə bitdikdən sonra Ukrayna boz zonada qalmamalıdır. Biz Avropada yeni müharibə riskinə yol verə bilmərik", - Nauseda vurğulayıb.

Bu kontekstdə Litva prezidenti Kiyevlə Şimali Atlantika Alyansı arasında daha sıx əlaqələrin qurulmasına çağırıb. Nauseda hesab edir ki, “biz qarşımıza iddialı məqsədlər qoymalı və Ukraynanı NATO-ya mümkün qədər yaxınlaşdıracaq praktiki həll yolları üzərində razılaşmalıyıq”.