Ukrayna elektrik enerjisinin ixracını dayandırır

19:45 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın enerji obyektlərinə raket hücumları səbəbindən Ukrayna elektrik enerjisi ixracını dayandırır. hafta.az bildirir ki, vu barədə Ukrayna Energetika Nazirliyinin Facebook-un bəyanatında deyilir.

"İstilik istehsalına və elektrik yarımstansiyalarına zərər vuran bugünkü raket hücumları Ukraynanı öz enerji sistemini stabilləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur edir", - Energetika Nazirliyi izah edib.

Nazirlik vurğulayıb ki, 7 aydan artıqdır ki, Rusiyanın işğalı altında olan Zaporojye AES-in fəaliyyəti dayandırıldıqdan sonra belə, Ukrayna elektrik enerjisi ixracında avropalı tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib.