Ukrayna ən yaxşı PİLOTUNU İTİRDİ

14:09 15.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Hərbi Hava Qüvvələrinin pilotu Anton Listopadın ölümü barədə onun uşaqlıqda oxuduğu İvano-Frankovsk Vilayət Şurasının Fizika-Texniki Liseyi məlumat yayıb.

Hafta.az Ukrayna mətbuatına istinadla bildirir ki, məlumatda deyilir:

"Milyonlarla ukraynalı Müstəqilliyin 30-cu ildönümü günündə Xreşçatık üzərində qoşunların paradının aviasiya kolonnasının uçuşunu heyranlıq və qürurla izlədi. Bu kolonun rəhbəri isə bizim Anton olub".
Ukraynanın Müharibə Veteranları və Antiterror Əməliyyatı İştirakçıları üzrə Dövlət Xidmətinin İvano-Frankovsk vilayətində nümayəndəsi Vladimir Verkalets də faktı təsdiqləyib..

Anton Listopad Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetini bitirib.

2019-cu ildə o, Ukrayna Hərbi Hava Qüvvələrinin ən yaxşı pilotu kimi tanınıb. İyun ayında Vladimir Zelenski Listopadı III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edib. Orden Anton Listopada avqustun əvvəlində - ölümündən bir neçə gün əvvəl verilib.

Oxunma sayı 486