NATO baş katibi ofisinin direktoru Stian Censsen “Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO-ya qoşulma ehtimalını” qəbul edib. "Bu variant arzuolunmazdır, lakin hadisələrin belə dönüşü ehtimalı var", - o, bildirib.
Hafta.az-ın "Kommersant"a istinadən yazdığına görə, Censsen əlavə edib: "Məncə, həll yolu Ukraynanın bəzi ərazilərindən imtina etməsi və bunun müqabilində NATO üzvlüyü alması ola bilər. Eyni zamanda, Ukrayna nə vaxtsa və hansı şərtlərləsə buna özü qərar verməlidir”.
Ukraynanın müharibədən sonrakı statusu ilə bağlı danışıqların artıq davam etdiyini və torpaqların Rusiyaya verilməsi ilə bağlı sualları qaldıranın tək o olmadığını bildirən Censsen, "Mən demirəm ki, bu, baş verməlidir, amma bu, ola bilər” deyib.