Yazını böyüt
Yazını kiçilt
Ukrayna ordusu bir gecədə cənubda Rusiyanın 26 pilotsuz təyyarəsini məhv edib.
Hafta.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.
Söhbət İranın Şahed-136 pilotsuz təyyarələrindən gedir (Rusiya ordusu tərəfindən satın alındıqdan sonra onların adı Geran adlandırılıb).
İqnatın sözlərinə görə, bütün bunlar "Cənub Hava Komandanlığının məsuliyyət zonasında" - bölgələr göstərilmədən baş verib.
Bu gün səhər saatlarında Ukraynanın bir neçə teleqram kanalı rus qoşunlarının pilotsuz təyyarələrdən istifadə etməklə Zaporojye və Odessa vilayətlərinə hücum etdiyini bildirib.
Bu hücumun nəticələri, eləcə də bu gün səhər tezdən Kiyevə pilotsuz təyyarə hücumunun nəticələri barədə dəqiq məlumat yoxdur.