Ukrayna Qərb üçün "döyüş laboratoriyası"na çevrilib - müdafiə naziri

18:17 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna həm Ukrayna ordusunun özü, həm də Qərb tərəfdaşları üçün “döyüş laboratoriyasına” çevrilib. Bu fikri Britaniyanın müdafiə naziri Ben Uolles Sky News-a açıqlamasında bildirib.

O qeyd edib ki, ukraynalılar və onların qərbli müttəfiqləri rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni silah və texnologiyaları sınaqdan keçirməlidirlər. Uollesin sözlərinə görə, “yaşamaq həvəsi” ukraynalıları müttəfiqlər tərəfindən təklif olunan yeni silah və modifikasiyaları sınaqdan keçirmək üçün sülh dövrü norma və qaydalarından imtina etməyə məcbur edib. Bu, Ukraynanın müttəfiqlərinin özləri üçün də sərfəlidir.

"Onlar risk götürməli və işləyib-işləmədiklərini bilmədikləri şeylərlə sınaqdan keçirməli idilər və onlar öz qüvvələri üçün döyüş laboratoriyasına çevrildilər və bu, bizə yol göstərdi”.

Təcili olaraq hazırlanaraq Rusiya-Ukrayna müharibəsinin cəbhəsinə göndərilən belə bir eksperimental silaha misal olaraq nəşr “Wolfram” reaktiv yaylım atəş sistemini nümunə göstərir.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumunun əvvəlində britaniyalı silah ustaları “Brimstone” tank əleyhinə raketinin Ukrayna reallıqlarına uyğunlaşdırıla biləcəyi ilə maraqlanırdılar. Bu raketlər heç kimin Ukraynaya təhvil verməyəcəyi Britaniya təyyarələri və dronlarından buraxılmaq üçün nəzərdə tutulub. Buna görə də, bu raketlər üçün Ukraynada ön cəbhədə çox olan adi bir yük maşını əsasında buraxılış qurğusu yaratmaq qərara alındı.

"Bir həftəsonu ərzində Toyota avtomobili, portativ elektrik generatoru, borc götürülmüş noutbuk və bəzi ağıllı kompüter kodlarının köməyi ilə onlar bir konsepsiya hazırladılar. Bir neçə həftə ərzində raket Ukraynada döyüş meydanında idi", - Sky News yazır.