Ukrayna və Polşa bu məsələ ilə bağlı razılığa gəliblər

21:03 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ötən həftənin sonunda dayandırılmış Ukrayna ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına dair Polşa ilə razılığa gəlib. Bunu çərşənbə axşamı Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko Varşavada Polşa hökumətinin nümayəndələri ilə danışıqlardan sonra deyib.

“Danışıqların nəticələrinə əsasən qərara alınıb ki, Ukrayna kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bu il aprelin 21-dən aprelin 22-nə keçən gecə blokdan çıxarılsın”, - RBC-Ukrayna Sviridenkodan sitat gətirib.

Baş nazirin müavini dəqiqləşdirib ki, Polşa tərəfi Ukrayna məhsullarının Polşa ərazisindən daşınmasının texniki aspektləri barədə məlumat verəcək.