Yazını böyüt
Yazını kiçilt
Ukraynada Bayraktar pilotsuz uçan aparatlarının istehsalı zavodunun tikintisinə başlanılıb.
Bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bu gün milli telemarafonun efirində bildirib.
O, aydınlaşdırıb ki, söhbət təsdiqlərin növbəti mərhələsindən yox, tikintidən gedir.
Zavodun tikintisinin təxminən iki il davam edəcəyi və Bayraktar TB2 hücum pilotsuz uçan aparatları, Akıncı ağır pilotsuz uçan aparatı və Kızılelma döyüş təyyarəsinin yığılacağı gözlənilir. Onların bəziləri Ukrayna mühərrikləri ilə təchiz ediləcək.