Ukraynada humanitar dəhliz mina sahəsi çıxdı - Qırmızı Xaçdan qan donduran bəyanat

15:02 07.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməliyyatlar üzrə direktoru Dominik Stillhart BBC Radio 4-ə verdiyi müsahibədə yolun “minalanmış” olduğunu başa düşdüklərini, bundan sonra bazar günü ikinci dəfə müvəqqəti atəşkəs əmri verildiyini söyləyib.

Hafta.az xəbər verir ki, şənbə günü verilən ilk atəşkəs qərarından və dünənki ikinci müvəqqəti atəşkəsdən qısa müddət sonra yenidən bombardmanlar davam etdiyi üçün təxliyələri həyata keçirmək mümkün olmayıb.

Stillhart günlərdir ki, həm Ukrayna, həm də Rusiya ilə danışıqlar apardıqlarını, lakin mülki şəxslərin bombardman edilən əraziləri tərk etməsinə imkan verəcək müvəqqəti atəşkəs üçün təfərrüatları təsdiqləyə bilmədiklərini deyib.

Stillhart-a görə, sövdələşmə hər iki tərəf üçün "qəti, hərəkətə keçə bilən və aydın" olmalıdır, lakin buna hələ nail olmaq mümkün deyil. Qırmızı Xaç direktoru bildirib ki, bəzi Qırmızı Xaç işçiləri də Mariupolda razılaşdırılmış marşrutdan çıxmağa çalışdılar, lakin yolun minalanmış olduğunu başa düşüblər:

“Bu kimi səbəblərə görə, hər iki tərəfin bütün detallar üzrə dəqiq razılıq əldə etməsi lazımdır ki, biz razılaşmanın şərtlərini yerdə həyata keçirə bilək”.