Ukraynada karantin rejimi sərtləşdiriləcək

10:39 26.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Nazirlər Kabineti ölkədə koronovirusla bağlı vəziyyətin inkişafının bütün mümkün ssenarilərinə, o cümlədən yeni il bayramları zamanı karantin rejiminin sərtləşdirilməsinə hazırlaşır.

 

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

 

O hazırda bütün Ukraynanın “narıncı” zonaya alındığını, ölkə ərazisində karantin rejiminin qüvvədə olduğunu qeyd edib. Bu, sərt karantin tədbirləri və məhdudiyyətləri müqabilində ölçülüb-biçilmiş alternativd bir addımdır. Lakin bununla belə, hazırda hökumət bütün mövcud ssenariləri, o cümlədən, qış bayramları ərəfəsində karantin rejiminin tətbiq olunmasının zəruriliyini nəzərdən keçirir.

 

Xatırladaq ki, bundan əvvəl Baş nazir qeyd etmişdi ki, indi söhbət Ukraynada daha sərt tədbirlərin tətbiq olunmasından getmir. Hökumət gizlətmir və açıq şəkildə bildirir ki, ölkədə koronavirusla bağlı vəziyyətin gərginləşməsi müvafiq tədbirlərin görülməsini tələb edir. Amma bu addımlar insanlar və biznes üçün təbii ki, aydın və proqnozlaşdırıla bilən olmalıdır.

Oxunma sayı 792
Dünya rubrikasından digər xəbərlər