Ukraynada sükut rejimi elan edilib

09:38 07.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya növbəti dəfə Ukrayna ərazisində sükut rejimi elan edir.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 09:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.

Eyni zamanda Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc sakinlərin çıxarılması üçün humanitar dəhlizlərin açılması nəzərdə tutulur.

Qeyd edək ki, martın 5-də Rusiya tərəfii Ukraynada sükut rejiminin tətbiq olunduğunu və humanitar dəhlizlərin açıldığını bildirmişdi.