Ukraynadan böyük zəfər - 11 kənd işğaldan azad edildi

11:55 01.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu cənub cəbhəsində işğalçı rus qoşunlarına qarşı əks hücuma keçib. 

Hafta.az Ukrayna Baş Qərargahının rəsmi məlumatlarına əsaslanaraq yazır ki, Xerson vilayətində başlayan əks-hücum nəticəsində artıq 11 kənd işğaldan azad edilib. Açıqlamada o da qeyd olunur ki, Rusiya ordusu ağır itkilər verdiyi üçün paytaxt Kiyevin mühasirəsini dayandıraraq geri çəkilib. 

Baş Qərargah onu da əlavə edib ki, rus qoşunlarının yaxın günlərdə Ukraynanın cənub və şərq bölgələrində hücumları artıracağı ehtimalı var.