Ukraynanın baş ravvini(yəhudi dindarı) Moşe Reuven Asman iyunun 8-də Xersona gəlib və Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində daşqından zərər çəkmiş insanların təxliyəsinə kömək edib.
Lakin bu zaman Rusiya ordusu şəhəri atəşə tutmağa başlayıb və ravvin də atəş altında qalıb. O, xilas olmağı bacarıb. Hafta.az "TSN" kanalına istinadla xəbər verir ki, Moşe Reuven Asman bu barədə "Facebook"-da paylaşm edib. Ukraynanın baş ravvini rusiyalı terrorçuların Ukraynaya qarşı cinayətlərindən bəhs edən video-çarx nümayiş etdirib. Birdən atəş başlayır və ravvin də başqaları ilə birlikdə yerə yıxılır. Amma sonda qurtulmağı bacarır "Mən Xersondayam, biz batmaqda olan insanların ardınca üzürdük - möcüzəvi şəkildə sağ qaldıq!", - deyə Moşe Reuven Asman bildirib. Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, cümə axşamı, iyunun 8-də Kaxovskaya su elektrik stansiyasının partlamasından sonra su basmış Xersondan şəhər sakinlərinin təxliyəsi zamanı rusiyalılar terror atəşi həyata keçiriblər. Səkkiz nəfər yaralanıb.