Ukraynanın infrastrukturuna vurulan zərər AÇIQLANDI

10:59 28.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kiyev Universitetinin İqtisadiyyat fakültəsinin yeni hesablamalarına görə, Rusiyanın işğalı ölkənin infrastrukturuna 63 milyard dollar ziyan vurub.

Hafta.az-ın məlumatına görə, 4431 binanın, 92 fabrikin, anbarın və 378 məktəbin zədələndiyi, dağıdıldığı və ya müsadirə edildiyi təxmin edilir.

Bundan əlavə, 12 hava limanı və yeddi istilik və ya su elektrik stansiyası zədələnmiş, dağıdılmış və ya ələ keçirilmişdir.

Martın 17-dəki hesablamalarndan sonra əlavə olaraq 3,5 milyard dollar zərər vurulduğu qeyd edilib.