Ukraynanın Qərb silahları və raketləri ilə Rusiyanın daxili ərazilərinə zərbə endirməsinin legitimliyi ilə bağlı Qərb liderlərindən bir-birinin ardınca bəyanatlar gəlməkdə davam edir.
Hafta.az-ın yazdığına görə, Latviya prezidenti Edqars Rinkeviç deyib ki, NATO-ya üzv ölkələr Kiyevə Rusiya ərazisinə hücum etmək üçün Qərbdən alınan silahlardan istifadə etməyə icazə verməlidir.
Rinkeviçs NATO-nun baş katibi Stoltenberqin tələbini dəyərləndirən çıxışında Ukraynanın Rusiyaya hücumunun qarşısını almaq üçün heç bir səbəb olmadığını bildirib.
CNN-ə danışan Rinkeviç, Rusiya ordusunun Ukraynada irəlilədiyinə işarə edərək, bunun Qərbin Kiyev rəhbərliyinə silah verməməsi və bəzi istifadə məhdudiyyətləri qoymasının nəticəsi olduğunu deyib.
Rinkeviç qeyd edib ki, Ukraynanın Rusiyaya verilən silahlarla hücumunun qarşısını almaq üçün real və praqmatik əsas yoxdur. O, Ukraynanın müharibəni uduzmasının onların təhlükəsizliyinə mənfi təsir edəcəyini bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq “The Economist”ə deyib ki, Ukraynanın tədarük etdiyi silahlarla Rusiya ərazisini vurmaq hüququ olmalıdır.