Ukraynaya ən çox hərbi dəstək verən ölkələrin siyahısı açıqlandı

11:10 23.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hücuma başladığı gündən martın 27-dək Kiyevə ən çox hərbi dəstək verən ölkələrin siyahısı açıqlanıb.

Hafta.az-ın "İfW Kiel"ə istinadən yazdığına görə, təxminən bir ay ərzində Ukraynaya ən çox silah-sursat göndərən ölkə gözlənildiyi kimi, ABŞ-dır. Amma bu siyahıda hər kəsi təəccübləndirən ölkələrin də adları var. Bu ölkələrin hər biri Rusiyanı özlərinə təhlükə görərək, Ukrayna ilə həmrəylik nümayiş etdirirlər. 

Siyahıya əsasən ABŞ ötən bir ay ərzində Ukraynaya 4,7 milyard dollar dəyərində hərbi dəstək verib. İkinci ən böyük hərbi dəstəyi Estoniya verib - 240 milyon dollar həcmində. Siyahıda sonrakı yerlərdə ölkələrin düzülüşü aşağıdakı kimidir: İngiltərə 220 milyon dollar, İtaliya 160 milyon dollar, İsveç 140 milyon dollar, Almaniya 130 milyon dollar, Kanada 100 milyon dollar, Çexiya 60 milyon dollar, Polşa 60 milyon dollar və Slovakiya 50 milyon dollar həcmində hərbi yardım göndərib.