Yazını böyüt
Yazını kiçilt
Uruqvayın keçmiş Prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.
Hafta.az TASS-a istinadən bildirir ki, bu barədə keçmiş dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası məlumat yayıb.
Onun ölüm səbəbi onkoloji xəstəlik olduğu bildirilir.
Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illər arasında prezident postunu tutub.