Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl” xarici investorlardan xaricdə öz səhmlərini almaq üçün hökumətdən icazə istəyib.
Hafta.az-ın yazdığına görə, bildirilib ki, “Lukoyl”un sahibi, məşhur oliqarx Vahid Ələkbərov prezident Vladimir Putinə müraciət edərək, bu məqsədlə ölkədən 5 milyard dollar çıxarılmasına icazə verilməsini xahiş edib.
Rusiya mətbuatında yer alan xəbərə görə, maliyyə nazirinin müavini Aleksey Moiseyev “Lukoyl”un bu müraciətinin prezident administrasiyası tərəfindən qiymətləndiriləcəyini açıqlayıb.
Sberbank CIB, "Lukoyl"un xaricdə xarici investorlar tərəfindən saxlanılan öz səhmlərinin alınmasının dəyərini təxminən 5 milyard dollar olaraq hesablayıb.
Digər neft və təbii qaz şirkətlərinin də eyni tələblə çıxış etdiyi və ümumi rəqəmin 10 milyard dollara çata biləcəyi bildirilir.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2023-cü il iyulun 1-nə Rusiyada hüquqi şəxslərin banklardakı xarici valyuta hesablarında 153 milyard dollar var.