Yazını böyüt
Yazını kiçilt
Hindistanın Qərbi Benqal əyalətində bir ailənin mobil telefon almaq üçün 8 aylıq körpəsini satdığı bildirilir.
Hafta.az-ın “Inquirer News”a istinadən yazdığına görə, əyalətin North 24 Parganas rayonunda maddi çətinliyi olan ailə Qərbi Benqalın bəzi bölgələrini ziyarət edərək yeni model mobil telefon alıb. Qonşuların da sözlərindən sonra ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.
Polis ananı və körpəni aparan qadını saxlayıb. Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.
Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.