Vaqner olmasa, Rusiya Afrika və Suriyada təsirini itirə bilər - NYT

14:02 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yevgeni Priqojinin üsyanı Kremlin illərdir Vaqner Qrupu vasitəsilə öz maraqlarını təbliğ etdiyi Afrika və Yaxın Şərqdə Rusiyanın təsirini təhlükə altına qoyub. İndi Vladimir Putin çılğın şəkildə bu təsirini yeni şəraitdə saxlamaq üçün bir yol axtarır, The New York Times yazır.

Nəşr qeyd edir ki, uzun illər Yevgeni Priqojinin nəzarətində olan şəxsi ordu Latın Amerikası, Yaxın Şərq və Afrikada Rusiyanın qeyri-rəsmi “sirdarı” kimi çıxış edib. Vaqner Qrupu vasitəsilə dünyanın bu regionlarında nüfuzunu yaymaqla Kreml eyni zamanda yerli diktatorlarla şübhəli ittifaqlar quran, yerli müxalifət xadimlərinə qarşı “amansız taktika” tətbiq edən bu qrupdan “rahat şəkildə uzaqlaşa” bilərdi.

Lakin Priqojin Kremlə qarşı açıq üsyana başlayanda bütün bu sistem bir gecədə çökdü. Rusiyanın qlobal təsir perspektivləri şübhə altındadır.

Bildirilir ki, Priqojin hazırda Belarusda mühacirətdədir, Putin dünyaya səpələnmiş minlərlə Vaqner muzdlusu ilə necə davranmaq barədə bir neçə variantla üzləşir.

Məsələn, Putin artıq dövlət çevrilişinə cəhddə iştirak etməyən Vaqner döyüşçülərinin Rusiya ordusu ilə müqavilə bağlaya biləcəyini açıqlayıb. Bununla belə, nəşrin müəllifləri bu variantın muzdlular arasında populyarlaşacağına şübhə edirlər. Bundan əlavə, onları nizami orduya inteqrasiya etmək asan olmayacaq.

Putin üçün başqa bir seçim Vaqnerin xarici strukturunu olduğu kimi saxlamaq, sadəcə olaraq Priqojini bütün qrupun başqa bir lideri ilə əvəzləmək olardı. Bu, Moskvanın xarici siyasət strategiyasının məhv edilməsinin qarşısını alacaq və Vaqnerin dəstəklədiyi Afrika rejimləri ilə qeyri-rəsmi tərəfdaşlığı qoruyub saxlayacaq. Ancaq adi muzdlular və orta səviyyəli komandirlər yeni bosslara tabe olmaqdan imtina edərlərsə, bu seçim işləməyəcək.

Üçüncü variant Vaqner Qrupunun tamamilə ləğvi və onun döyüşçülərinin Rusiyanın malik olduğu digər “özəl ordulara” paylanmasıdır. Bununla belə, Vaqnerin bütün potensial varisləri Priqojinin Afrikada məşğul olduğu fəaliyyət növünün aparılması məsələlərində daha az təcrübəli və təsirli olurlar.

Qeyri-müəyyən hesabatlar arasında bir şey aydındır: usta strateq imicini yaratmaq üçün çox çalışmış lider üçün Putinin Vaqnerlə bundan sonra nə baş verəcəyi ilə bağlı planı yoxdur, əksinə, o, hər iki tərəfdə getdikcə daha həssas görünür”, - NYT yekunlaşdırır.