Vasil Mağlaperidze: “Müxalifət üçlüyü bütün körpüləri yandırdı”

09:05 01.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vədi verilən bazar ertəsi səhəri açılmazdan əvvəl bu gün məlum oldu ki, müxalifət üçlüyü bütün körpüləri yandırdı. Bu gündən onların parlamentə daxil olması harakiriyə (Seppuku) bərabər olacaq”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Birinci Kanalının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze sosial şəbəkədə yazır.

Mağlaperidzenin yazdığı kimi, “Prezidentin xartiya və texniki hökumətlə bağlı plan-vədi də iz buraxmadan yoxa çıxdı”.

“Başqa yolları artıq yoxdur, bazar ertəsi ortaya nə plan qoyurlarsa-qoysunlar, onun məzmunu yalnız saxtalaşdırma mövzusunun üzərində sona qədər qalmaq olacaq. Lakin heç bu istiqamətdə də xüsusi fəallıq göstərmirlər və ölkə daxilindən yox, daha çox xaricdən gücü qoruyub saxlamağa çalışırlar. Prezidentin xartiya və texniki hökumətlə bağlı plan-vədi də iz buraxmadan yoxa çıxdı, Maydan və inqilab təşkil etmək üçün gərəkli bəhanə-sənəd görünmür. Tezliklə formal prosedurlar başa çatacaq, parlament işə başlayacaq və müxalifət parlamentə daxil olmaqdan imtina etməklə bağlı ərizə yazmalı olacaq. Bu günə qədər qeyri-müəyyən mövqeyini qoruyub saxlayan Qaxarianın partiyasının vəziyyəti bir qədər fərqlidir və parlamentə daxil olmaq üçün səbəb tapmaqda çətinlik çəkməyəcək”, - Vasil Mağlaperidze “Facebook” paylaşımda yazır.