Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

11:21 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Fransa dekolonizasiya barədə danışılmasını istəmir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Francetvinfo” saytına müsahibəsində tanınmış hüquqşünas, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) vəkili Fransua Ru bildirib.

Yeni Kaledoniyaya qoşun yeridilməsini tənqid edən vəkil bildirib ki, böhranın pis idarə edilməsindən şoka düşüb. Məsələnin həlli üçün hər bir tərəf vasitəçilər təyin etməlidir. Hüquqşünasın fikrincə, əraziyə güc strukturlarının yeridilməsi “əlcəzairsayağı sülhyaratmadır”.

“Kaledoniya və digər dənizaşırı ərazilər sayəsində Fransa dünyada ikinci dəniz gücünə çevrilib. Kaledoniya müstəmləkə ərazidir. Bəs dekolonizasiya hansı yolla mümkündür? Yalnız BMT və beynəlxalq hüquq yolu ilə. Fransa çərçivəsindən çıxmaq lazımdır” – deyə Fransua Ru əlavə edib.

Vəkil bildirib ki, dekolonizasiya prosesini sülh yolu ilə həyata keçirmək mümkündür. Bundan sonra da kim istəsə Yeni Kaledoniyada qala bilər. Birgə yaşayış hər halda mümkündür.

Oxunma sayı 59