Vensin səfərinin ləğvində İran-Livan mövqeyinin izləri

09:27 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vitse-prezident Cey. Di. Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqədar ola bilər.

Hafta.az xəbər verir ki, bu barədə “Axios” portalı və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid məlumat yayıb.

Vensin nümayəndəsi daha əvvəl bildirmişdi ki, Vitse-prezident yaxın günlərdə İsveçrəyə səfər etməyi planlaşdırmır. Səfər çərçivəsində memorandumun imzalanması və ABŞ-İran arasında texniki danışıqların başlanması nəzərdə tutulurdu.

Barak Ravidin ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, gecikmənin mümkün səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı irəli sürdüyü şərtlərdir.

Məlumata əsasən, Tehran İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatını ABŞ ilə əldə olunmuş memorandumun pozulması kimi qiymətləndirəcəyini bildirib.

Qeyd edək ki, Vens daha əvvəl memorandumun imzalanmasının bu həftəsonu baş tuta biləcəyini, lakin prosesin əsasən İranın qərarından asılı olduğunu vurğulamışdı.