Vətən müharibəsi qazisi intihar etdi

14:33 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 

Hafta.az-ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 71