Vilayət Eyvazov polkovniki rəis təyin etdi 

13:13 13.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

 

Hafta.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.
 

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.