Vilayət Eyvazov Qusarda qəbul keçirəcək

17:09 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə hafta.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.