Vilayət Eyvazov yeni rəis təyin etdi

19:21 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə rəis təyin olunub.

Hafta.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Sabir Həsənov təyinat alıb.

Xatırladaq ki, 39-cu polis bölməsinin sabiq rəisi Fazil Zərbəliyev bir müddət öncə vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.

Oxunma sayı 36