Volqoqrad şəhərinə ilk dron hücumu

19:13 07.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün gecə saat 2:30 radələrində Rusiyanın Volqoqrad vilayətində pilotsuz təyyarə hərbi hissəyə hücum edib.

Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, regionda müharibə başlayandan bəri ilk belə haldır.

"Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Volqoqrad vilayətinə pilotsuz təyyarə ilə hücum edib. Əldə etdiyimiz məlumata görə, hədəf Qorodişenski rayonundakı hərbi hissə olub. Lakin Müdafiə Nazirliyinin qüvvələri pilotsuz təyyarəni bir neçə kilometr əvvəl ələ keçirib. Dağıntı və tələfat yoxdur”, - “Mash” teleqram-kanalı belə yazır.

Regionun qubernatoru Andrey Boçarov hadisəni təsdiqləyib.

“Bu gün, sentyabrın 7-də Volqoqrad vilayətində Rusiya Müdafiə Nazirliyinin qüvvələri PUA-nı ələ keçirib və zərərsizləşdirib. Mülki və hərbi obyektlərə xəsarət və dağıntılar olmayıb”, - deyə o bildirib.

Lakin “Regnum” nəşri iddia edir ki, dron təsadüfən ildırımötürücüyə ilişdikdən sonra özü yerə düşüb. Hava hücumundan müdafiə əməliyyatı ilə bağlı heç bir məlumat verilmir.