XİN rəhbəri Müqəddəs Pyotr Bazilikası ilə tanış olub

23:46 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri zamanı Müqəddəs Pyotr Bazilikasında olub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN "X" sosial şəbəkəsində yayıb.

Bildirilib ki, nazir həmçinin bazilikada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə aparılan bərpa prosesləri ilə də yaxından tanış olub.