Yazını böyüt
Yazını kiçilt
Xaçmazda bıçaqlanma hadisəsi olub.
“Kriminalqafqaz”ın məlumatına görə, rayonun İstisu qəsəbəsində 1971-ci il təvəllüdlü Bəxtiyar Xalıqov münaqişə zəminində qardaşı Ramiz Xalıqovu bıçaqlayıb. O, özündən 11 yaş böyük olan qardaşının döş qəfəsinə ağır xəsarət yetirib.
Hadisəni törədən B.Xalıqov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.