Xaçmazda qaz kəsiləcək

14:21 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində istismarda olan PE dm 315 mm-lik yeraltı qaz xəttində “Təmiz qaz” QSC xidməti tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq 04.03.2024-cü il 09:30-da qaz təchizatı dayandırılması planlaşdırılır.

Bu barədə hafta.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Oxunma sayı 54