Xaçmazda yol qəzasında 1 nəfər xəsarət alıb

23:05 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda xəsarətlə nəticələnən yol qəzası olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Vələmir kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.