Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralananlara tibbi yardım göndərilib

23:56 25.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.

Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində yaralananlar var.