Xankəndidə su problemi

16:18 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 8-də səhər saatlarında Qarabağdakı rus sülhməramlılarının nəzarət zonasındakı separatçı qüvvələr Xankəndi şəhərinin erməni əhalisinə şəhərdəki içməli su problemi ilə bağlı müraciət ediblər.

Hafta.az Ermənistan KİV-lərinə istinadla xəbvər verir ki, Xankəndidə minlərlə insan içməli sudan məhrumdur: "Şəhər "meriyası" şəhərin aşağı ərazilərində yaşayan və içməli suyu olan vətəndaşlardan həmin sudan qənaətlə istifadə etmələrini xahiş edir", - müraciətdə deyilir.

Xatırladaq ki, Azərbaycan ordusu tərəfindən azad edilən Şuşa şəhərindən geri çəkilmədən öncə separatçı qüvvələr şəhərin su təchizatı sistemini sıradan çıxarıb.