Xaqani bağının ətrafında abadlıq işləri aparılacaq

16:12 04.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son illərdə paytaxtda avtomobillərin sayı xeyli artıb və bununla əlaqədar mərkəzi küçələr və parkların ətrafında avtomobil sıxlığını azaltmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov deyib.

Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində Xaqani bağının ətrafında avtomobillərin girişinin məhdudlaşdırılması və hazırlanacağ xüsusi layihə əsasında abadlıq işlərinin aparılması nəzərdə tutulub.

 

"Bu işlərin əsas məqsədi sakinlərimizin və şəhərimizin gonağlarının rahatlığının təmin edilməsidir", - deyə o, əlavə edib.

Qeyd edək ki, 4 mart tarixindən etibarən Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Oxunma sayı 41